ABŞ və OPEC+ neftin qiymətlərini aşağı salır
Tarix: 05-09-2025 12:46 | Bölmə: İqtisadiyyat
ABŞ və OPEC+ neftin qiymətlərini aşağı salır

Bu gün dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edib. Buna paralel olaraq, “qara qızıl”a tələb də azala bilər.

Reyting.az
xəbər verir ki, “Investing” portalının məlumatına görə, Brent markalı neftin fyuçersləri 20 sent azalaraq 66,79 dollar/barelə, ABŞ-nın Qərbi Texas nefti isə 22 sent və ya 0,20 faiz ucuzlaşaraq 63,26 dollar/barelə düşüb.

ANZ analitikləri qeyd edirlər ki, OPEC+-un son illərdə ABŞ-nın şist neft istehsalçılarına itirdiyi bazar payını geri qaytarmaq üçün bazara daha çox neft çıxaracağına dair gözləntilər artır.

“Reuters”-in məlumatına görə, dünya neftinin təxminən yarısını istehsal edən OPEC üzvləri sentyabrın 7-də keçiriləcək iclasda oktyabrda “qara qızıl” hasilatının artırılmasını müzakirə etməyi planlaşdırırlar.

Bundan əlavə, Enerji İnformasiya Administrasiyası bildirir ki, dünyada “qara qızıl”ın ən böyük istehlakçısı olan ABŞ-da neft ehtiyatları ötən həftə 2,4 milyon barel artaraq analitiklərin gözləntilərini üstələyib.

Bununla yanaşı, bazarda neft təklifinin azalması riskləri qalmaqdadır.

Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Trampın Avropa İttifaqı (Aİ) ölkələrini Rusiya neftinin alınmasını dayandırmağa və Çinə daha çox təzyiq göstərməyə səsləyib.

Rusiyanın özü üçün sentyabrın 3-dən neft ixracının qanuni qiyməti Aİ-nin 18-ci sanksiyalar paketi çərçivəsində bir barel üçün 47,6 dollara düşüb. Bununla yanaşı, Moskvanın nefti baha qiymətə satmaq üçün hələ də kifayət qədər imkanları var.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər