20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
TANAP yayda qaz tədarükünə hazır olacaq
Tarix: 18-04-2019 21:54 | Bölmə: İqtisadiyyat
TANAP yayda qaz tədarükünə hazır olacaq

Azərbaycan 2019-cu ilin iyununda Trans-Anadolu boru kəmərini (TANAP) Avropaya sınaq qaz tədarükünün başlanması üçün hazır vəziyyətə gətirməyi planlaşdırır.

Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qazın Avropaya ötürülməsinə və bölgənin təbii qaz təchizatına töhfə verəcək TANAP-ın Əskişəhərdən Ədirnə-İpsalaya qədər uzanan 2-ci fazasında son mərhələ işlərinə başlanılıb.

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çərçivəsində 2019-cu il aprelin 15-dən etibarən sistemə qaz verilir. 2019-cu ilin iyununda sistemin istismara hazırlıq işlərinin tamamlanması və Avropaya sınaq məqsədilə qazın nəqli üçün hazır vəziyyətə gətirilməsi planlaşdırılır.

TANAP çərçivəsində yekun işlər boru kəmərinin Əskişəhərdəki Seyidqazi rayonundan Ədirnədəki İpsala rayonunadək olan hissəsini nəzərdə tutur.

TANAP hazır vəziyyətə gətirildikdən sonra Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans-Adriatik boru kəmərinin (TAP) tikintisinin başa çatdırılması gözlənilir.

Xatırladaq ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP-a birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP səhmdarlarının bu layihədə payı aşağıdakı kimidir:

“Cənub Qaz Dəhlizi” QSC - 58 faiz,

“Botaş” - 30 faiz,

BP şirkəti - 12 faiz.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər