20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Dövlət rüsumunun ödənilmə qaydaları dəyişdirildi - Qərar
Tarix: 21-04-2019 10:13 | Bölmə: İqtisadiyyat
Dövlət rüsumunun ödənilmə qaydaları dəyişdirildi

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” qərara dəyişiklik edilib.

Reyting.az-ın xəbərinə görə, qaydaların 1.2-ci bəndi aşağıdakı kimi dəyişdirilib:

“Bu Qaydalar “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilən xidmətlərə və hüquqi hərəkətlərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil edilən xidmətlərə və hüquqi hərəkətlərə görə, habelə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarına şamil edilmir”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər