Xəzərin dibi ilə fiber-optik kabelin çəkilməsinə gələn ilin yayında başlanılacaq
Tarix: 17-11-2025 14:07 | Bölmə: İqtisadiyyat
Xəzərin dibi ilə fiber-optik kabelin çəkilməsinə gələn ilin yayında başlanılacaq

Qazaxıstandan Azərbaycana Xəzər dənizin dibi ilə fiber-optik kabelin çəkilməsinə gələn ilin yay aylarında başlanılması planlaşdırılır.

Reyting.az
xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2026-cı ilin sonuna qədər kabelin çəkilişi üzrə işlərin tam yekunlaşması və kabelin istifadəyə verilməsi nəzərdə tutulur: "Hazırda Xəzər dənizində həmin bu kabelin keçəcəyi dib ərazisində marşrutun analizləri yekunlaşıb. Yaxın zamanlarda bu işləri həyata keçirən şirkət tərəfindən hesabat operatorlara layihəni iştirakçıkarına təqdim olunacaq. Həmçinin Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik kabelin artıq istehsalı üzrə də işlərə başlanılıb. Kabelin istehsalı 2026-cı ilin yay aylarına qədər bitəcək".

Nazir müavini bildirib ki, bu kabel Xəzər dənizinin altından keçməklə böyük bir rəqəmsal dəhlizin əhəmiyyətli bir parçasıdır: "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olaraq biz layihənin operatorlarına dəstəyimizi davam etdiririk və həmçinin əminik ki, bu rabitə əlaqəsinin yaradılması ölkəmizin çox yaxın gələcəkdə, regional müstəvidə, İKT sahəsində və o cümlədən də süni intellektin istifadə olunması sahəsində haba çevrilməsində əhəmiyyətli rol oynayacaq"(report).




Bölməyə aid digər xəbərlər
6-11-2025, 09:36 Neftimiz cüzi ucuzlaşıb