Məcnun Məmmədov 842 minlik layihəni tendersiz həyata keçirib
Tarix: 19-11-2025 11:24 | Bölmə: İqtisadiyyat
Məcnun Məmmədov 842 minlik layihəni tendersiz həyata keçirib

Kənd Təsərrüfatı Nazirliyi EKTİS təkmilləşdirilməsi və yeni altmodulların yaradılması üzrə xidmətlərə 842 972 AZN sərf edəcək.

Reyting.az
Pravda.az-a istinadla xəbər verir ki, xidməti “Digital Umbrella” MMC həyata keçirəcək.

Nazirlik və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Yəni, bu, birbaşa, tendersiz baş tutub.

Qeyd edək ki, Kənd təsərrüfatı naziri Məcnun Məmmədovdur. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi isə Ulduzə Tofiq qızı Xəlilovadır. Şirkətin daha çox bu nazirliyin tenderlərini əldə edir. 




Bölməyə aid digər xəbərlər
6-11-2025, 09:36 Neftimiz cüzi ucuzlaşıb