20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Əhali üçün təbii qazın limiti artırıldı
Tarix: 30-04-2019 19:27 | Bölmə: İqtisadiyyat
Əhali üçün təbii qazın limiti artırıldı

Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrə qaldırılıb.

Reyting.az xəbər verir ki, bunu Tarif Şurasının aprelin 30-da keçirilən iclasından sonra iqtisadiyyat naziri Şahin Mustafayev mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda güzəştli tariflərdən əhalinin 85 faizi istifadə edəcək: "Qərar sabahdan qüvvəyə minəcək. Hesablanma mayın 1-dən hesablanacaq".

Nazir deyib ki, bu günədək istehlak həcmi 1700 kubmetr olan tarifdən 1,5 mln. abonent və ya 6 milyon nəfər istifadə edirdi: "Mövcud qərara əsasən, əlavə olaraq, 300 min abonenti (1,2 milyondan çox vətəndaş) istifadə edəcək. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərin xüsusi çəkisi 70%-dən 85%-ə yüksələcək".

Tarif Şurasının 2016-ci il dekabrın 1-dəki qərarına əsasən, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər