20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Deputat: “Tarif Şurasının qərarı qaneedici deyil”
Tarix: 01-05-2019 08:00 | Bölmə: İqtisadiyyat
Deputat: “Tarif Şurasının qərarı qaneedici deyil”

“Tarif Şurası istehlak olunan qaz üçün limiti 1700 kubmetrdən 2200 kubmetrə qaldırdı. Bu hər bir halda irəliyə doğru addımdır, ancaq vətəndaşlarımız üçün qaneedici deyil”.

Reyting.az
-ın məlumatına görə, bunu millət vəkili Fazil Mustafa bildirib. Limitin artırılmasının təşəbbüskarlarından olan F. Mustafa qeyd edib ki, Milli Məclisdə limitin iki dəfə artırılması təklif olunub.

“Bu rəqəm 3000 kubmetri keçsəydi, demək olar ki, məsələ öz həllini tapardı. Bununla belə, təkliflərimizin səsləndirilməsindən heç bir həftə keçməmiş hökumət tərəfindən eşidilməsi və qərara yenidən baxılması müsbət tendensiyadır”.

F. Mustafa qeyd edib ki, məsələ bundan sonra da diqqətimizdə olacaq. O, elektrik enerjisinin istehlakı ilə bağlı vətəndaşın durumunu yüngülləşdirici addımlara da ehtiyac yarandığını bildirib: “Ümid edirəm ki, yaxın günlərdə bu məsələdə də irəliləyiş olacaqdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər