10:50 / 01-02-2026
İranda zəlzələ baş verib
İş adamının 1,7 milyonluq əmlakı hərracda satılacaq
Tarix: 14-01-2026 15:03 | Bölmə: İqtisadiyyat

İş adamının 1,7 milyonluq əmlakı hərracda satılacaq

Bakıda bir sıra restoranların sahibi, iş adamı Rüfət Bədirova məxsus “Face studio” gözəllik salonunun Afiyəddin Cəlilov küçəsindəki filialının yerləşdiyi qeyri-yaşayış sahəsi hərracda satılacaq. 

Teleqraf-ın əldə etdiyi məlumata görə, paytaxtın mərkəzində yerləşən və 182.6 m² ərazisi olan obyektin ilkin bazar dəyəri 1,7 milyon manat dəyərləndirilib.

Hərrac yanvarın 27-də start götürəcək.

Qeyd edək ki, “Face studio”nun sahibi Rüfət Bədirov rəssam həyat yoldaşı Fidan Həsənovadan boşanıb. Sözügedən obyektin hərrac yolu ilə satılması da bu proses çərçivəsində nəzərdə tutulan əmlak bölgüsü üçündür.





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb