“Azercell” hesablama intervalını 4 dəfə artırır
Tarix: 11-05-2019 11:40 | Bölmə: İqtisadiyyat
“Azercell”  hesablama intervalını 4 dəfə artırır

“Azercell Telecom” MMC bir sıra tariflərində zənglər üçün hesablama intervalını 4 dəfə artırır.

Şirkət bununla bağlı abunəçilərinə müraciət edib.

Bildirilib ki, iyunun 11-dən etibarən “Azercell”in fakturalı xətt sistemində mövcud olan “Hər Yerə”, “SOCAR”, “Dövlətcell”, “Hədsiz”, “Hədsiz Zəng””, “Hədsiz İnternet”, “Biznes 200”, “Standart”, “Bizimkilər” tarif paketlərində zənglərə 60 saniyə hesablama intervalı tətbiq olunacaq.

Hazırda bu tarif paketlərində interval 15 saniyədir/Report.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}