20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycan bankları 1,7 milyard manat kredit verib 3 ay ərzində
Tarix: 16-05-2019 11:09 | Bölmə: İqtisadiyyat
 Azərbaycan bankları 1,7 milyard manat kredit verib

Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyət göstərdiyi 3 ildən artıq müddətdə Azərbaycan banklarında 1,8 milyard manatdan çox kapital inyeksiyası həyata keçirilib.

Bunu Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitində (“Fintex Sammit”) çıxışı zamanı Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov bildirib.

Onun sözlərinə görə, bunun 120 milyon manatı bu ilin I rübünün payına düşüb.

"Hələ Azərbaycanın bank tarixində mövcud hadisələrdən sonra kapital adekvatlığı 20%-in üzərində olmamışdı. Sevindirici haldır ki, bu gün bank sektorunun kapital adekvatlığı 20,2%-dir. Bu, sektorun dayanıqlı olduğunu deməyə əsas yaradır. Təsadüfi deyil ki, “Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycanı bank sisteminin kapital dayanıqlığı baxımından regionda ən üstün ölkə kimi qiymətləndirib”, - İ.Alışov deyib.

Bundan başqa, onun sözlərinə görə, Azərbaycan bankları kreditləşməni sürətlə genişləndirib: “Təkcə bu ilin I rübündə banklar 1,7 milyard manat kredit verib. Bu, kifayət qədər böyük rəqəmdir. Banklarda əmanətlərin dollarlaşması da sürətlə azalmaqdadır”.

İ.Alışov həmçinin qeyd edib ki, I rübdə Azərbaycanda ümumi daxili məhsulun artımı ötən ilin eyni dövrü ilə müqayisədə 3%, o cümlədən qeyri-neft sektorunun artımı 1,7% təşkil edib. Son 1 ildə ölkədə illik inflyasiyanın səviyyəsi isə 4%-dən 2%-ə düşüb./Reyting




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər