13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
10:21 / 02-02-2026
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb
10:16 / 02-02-2026
Əli Əsədov qərar imzalayıb
10:12 / 02-02-2026
Bataqlıqların itirilməsi qlobal iqtisadiyyatı təhdid edir
09:55 / 02-02-2026
Əfqanıstan ŞƏT-də iştirakını bərpa edəcək
09:49 / 02-02-2026
OPEC+ martın əvvəlinədək neft hasilatını dondurub
09:40 / 02-02-2026
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər"
09:38 / 02-02-2026
“Sərhədsiz həkimlər”in Qəzzada işləməsi qadağan edilib
09:23 / 02-02-2026
Lənkərandakı yanğında bir nəfər həyatını itirib
09:18 / 02-02-2026
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib
09:14 / 02-02-2026
Prezident Gənclər Günü münasibətilə paylaşım edib - Foto
09:09 / 02-02-2026
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...
09:03 / 02-02-2026
Tramp: Kanada 51-ci, Qrenlandiya 52-ci ştatımız olacaq
01:09 / 02-02-2026
Tramp BMT qərargahının Nyu-Yorkdan köçürülməsinə qarşıdır
00:59 / 02-02-2026
Zelenski danışıqlarla bağlı yeni detalları açıqlayıb
00:51 / 02-02-2026
Ceki Çan ölümündən sonra yayımlanacaq mahnı yazdırıb
00:45 / 02-02-2026
Lavrov: Avropa Rusiya ilə müharibəyə hazırlaşır
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Cahangir Hacyevin məhkəmədəki tələbi və reallıqlar - Təhlil
Tarix: 16-05-2019 14:46 | Bölmə: İqtisadiyyat

2012-ci ilin martında “Texnikabank”-ın Müşahidə Şurasının sədri Etibar Əliyev həbs edildi. Ardınca E. Əliyev həbsdə ola-ola bankın səhmlərindən imtina etdi və az sonra azadlığa buraxıldı. Bank faktiki olaraq Cahangir Hacıyevin idarəetməsinə keçdi. Söhbət 2012-ci ildən gedir – Cahangir Hacıyevin kəsdiyi başa sorğu-sualın olmadığı vaxtlardan.
O vaxt hamıya aydın idi ki, “Texnikabank”-a sabiq MTN rəhbəri Eldar Mahmudov və onun bankir qudası Cahangir Hacıyev əl qoymuşdu. Həyasızlıq o həddə idi ki, hətta C. Hacıyev rəsmi açıqlama verərək “Texnikabank”-da sağalamlaşdırma prosesinin getdiyini bildirmişdi. Təbii ki, bir bank sədrinin başqa bir bankda “sağlamlaşdırma” işi aparması son dərəcə o qədər absurddur ki, heç bir tənqidə dözmür. Bu ona oxşayır ki, “Real”ın (Madrid) rəhbərliyi əzəli rəqibi “Barselona” klubunda “sağlamlaşdırma” işinə rəhbərlik etməsindən danışır. Absurdun sonu yoxdur. Qudaların bu açıq quldurluğunun təbii ki, o dövrdə bank sektoruna faktiki ağalıq etməsi ilə bağlı idi.
Burada vacib detal “Texnikabank”-ın Müşahidə Şurasının sədri Etibar Əliyevin Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmova yaxın olmasıdır. Qudalar o qədər güclü idi ki, Mərkəzi Bankın şefi belə yaxın adamını onların cəngindən xilas edə bimədi – E. Əliyev həbsdən yalnız səhmlərindən imtina edildikdən sonra buraxıldı.
İkinci vacib detal. 2012-ci ilin 20 yanvarında şəhidləri ziyarət etmək üçün toplanan bank sədrləri başda Elman Rüstəmov olmaqla 30 dəqiqə ziyarətə gecikən C. Hacıyevi gözləməyə məcbur olmuşdu. Bu detal da C. Hacıyevin o dövrlərdə olan qüdrətinin göstəricisi idi (bunu mənə ziyarətdə iştirak edən bankirlərdən biri danışmışdı).
İndi C. Hacıyev məhkəmədə bəzi rəsimləri ittiham etsə də, de-fakto sabiq bankirin o dövrlərdə külli ixtiyar sahibi olması, qərarları təkbaşına verməsi artıq təsdiqlənmiş məlumatlardır.
Bank sektorundakı mənbələrdən verilən məlumata görə, 1-ci devalvasiya ərəfəsində banklara təlimat verilib ki, 10 min dollardan yuxarı valyuta dəyişməsinə imkan verilməsin. Bu qərara tabe olmayan yeganə bank sədri məhz C. Hacıyev olub.
C. Hacıyevin istefaya göndərilməsinin səbəblərindən biri də devalvasiyadan öncəki dollar alveridir. Hacıyev devalvasiya qərarından öncədən xəbərdar olub və iri kapital sahiblərinin sərəncamında olan manatı dövlətin sərəncamında olan dollarlarla dəyişib ki, bu da dövlətə çox baha başa gəlib. Bu alverdən Cahangir Hacıyev yüz milyonlar qazansa da, Mərkəzi Bank və səhm paketi dövlətə məxsus Beynəlxalq Bank xeyli ziyan çəkib.
Mərkəzi Bankın ilkin qərarı yumşaq devalvasiya olub. Ancaq Cahangir Hacıyevin bir neçə milyardlıq dollar alverindən sonra dövlətin sərəncamında olan valyuta ehtiyatı xeyli azalıb və Mərkəzi Bank sərt devalvasiyaya məcbur olub. Aidiyyəti qrumlar prezidentə məruzələrində yaranmış situasiyaya görə Cahangir Hacıyevin günahkar olduğunu bildirib və dövlətə nə qədər ziyan vurduğunu konkret rəqəmlərlə əsaslandırıblar. Bundan sonra prezident Cahangir Hacıyevin vəzifəsindən uzaqlaşdırılması barədə göstəriş verib. Və Beynəlxalq Bank sədri 50 yaşında “xəstəliyi” ilə bağlı istefaya göndərilib.
1-ci devalvasiya 2015-ci ilin fevralın 21-də olub. Bundan cəmi 3 gün sonra – fevralın 24-ə prezident Mingəçevirə səfər edib. Mingəçevirdə yerli ictimaiyyətlə görüşündə bidirib ki, “devalvasiyadan bəzi möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün bu vəziyyətdən istifadə edirdilər”.
Təbii ki, prezident “möhtəkirlər, natəmiz adamlar”,- deyəndə konkret olaraq C. Hacıyevi nəzərdə tuturdu. Bundan az sonra – 2015-ci ilin martın 18-də Cahangir Hacıyev istefaya göndərilib.
Cahangir Hacıyevin xarici maliyyə institutlarından milyard dollarla aldığı kredit vəsaitlərinin dolayısı yollarla xaricə ofşor zonalara, habelə arvadı Zamirə Hacıyevanın xaricdəki hesablarına köçürülərək, leqallaşdırması əyani sübutdur. Halbuki, həmin illərdə onun rəhbərlik etdiyi bank ağır durumda olmasına baxmayaraq, bu pullar Beynəlxalq Bankın işində istifadə edilmədi.
Cahangir Hacıyev yaxşı bilirdi ki, bankın müştərilərinin ödəmələri aylarla ləngidilir, onların ödəmələri yalnız Mərkəzi Bankdan aldığı qısa müddətli kredit vəsaitləri hesabına həyata keçirilir, halbuki bu qəbildən olan müştəri ödəmələrinin məbləği milyarda yaxın bir vəsait təşkil edirdi. Cahangir Hacıyev bütün bu əməliyyatları bankın heç bir idarəetmə orqanı ilə hesablaşmadan, “ona yaxın adamların” məsləhəti ilə aparırdı.
C. Hacıyev cinayətlərinə ortaq axtarmaqdansa, cinayətlərini etiraf etsə yaxşıdır. Onsuz də bu cinayətlərin bəziləri London məhkəməsində sübuta yetirilib. London məkəməsi sübut edib ki, 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C. Hacıyev ölkədən çıxardığı milyardların bir qismini Londonda yaşayan həyat yoldaşı Zamirə Hacıyevanın bank hesablarına köçürüb.
Z. Hacıyeva 2018-ci ilin sonunda İngiltərənin paytaxtı Londonda saxlanılıb və sonradan girov müqabilində zaminə buraxılıb. 55 yaşlı Z. Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunmuşdu. Bu sərəncama əsasən, o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. Cahangir Hacıyevin vəkili və daha əvvəl Zamirə Hacıyevanın vəkilin olmuş Aqil Layıc “BBC News” Azərbaycancaya deyib ki, Zamirə Hacıyevanın malik olduğu sərvət barədə suallara cavab verə bilməyəcək.
Təbii ki, cavab verə bilməyəcək – çünki sərvətin mənbəyi oğurluqdur. C. Hacıyevin məhkəməsində məhz bu suallara aydınlıq gətirilməlidir.
Qadir İBRAHİMLİ
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:49
OPEC+ martın əvvəlinədək neft hasilatını dondurub
30-01-2026, 17:40
İqtisadi Şuranın iclası keçirilib
30-01-2026, 16:30
Sabiq nazir DSMF ilə pensiya davasına başlayıb
30-01-2026, 14:15
ABŞ “Lukoil”in Moldovadakı aktivlərini alıb - Foto
30-01-2026, 13:47
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
30-01-2026, 10:23
Agentlik sədrinin müavini vəzifədən azad edilib
30-01-2026, 07:18
Ağıllı eynəklərin və süni intellektli cihazların istehsalı artacaq
29-01-2026, 18:04
Nazirlikdə nöqsanlar aşkarlanıb
29-01-2026, 17:41
Vakansiyalar arasında maaş uçurumu: 300-10 min manat arasında dəyişir
29-01-2026, 17:11
Mərkəzi Bankda yeni təyinatlar olub
29-01-2026, 16:04
İranla bağlı gərginlik dünya bazarında nefti bahalaşdırıb
29-01-2026, 14:21
Kəmaləddin Qafarovun şirkəti hospitalla sövdələşib
29-01-2026, 11:25
İşçi Qrupun iclası keçirilib - Foto
29-01-2026, 07:02
Dollar üçün təhlükəli dövr başlayır
28-01-2026, 15:00
Nə qədər dövlət borcumuz var? - Rəqəm açıqlanıb
28-01-2026, 14:45
Hibrd modellər Avropa avtomobil bazarında üstünlük qazanıb
28-01-2026, 12:56
Trampın şərhləri dolları dəyərdən salır
28-01-2026, 12:07
İrandan Azərbaycana gətirilən qənnadı məhsulunda kif aşkarlanıb
28-01-2026, 09:26
Avropa İttifaqı Polşaya 44 milyard avro ayırıb
27-01-2026, 23:00
"Bloomberg": Hindistan Rusiya neftindən imtina edib
27-01-2026, 19:35
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub
27-01-2026, 16:11
Almaniya şirkətləri Çinə investisiyaları artırıb
27-01-2026, 11:27
Neft Fondu qızıl aktivlərini 200 tona çatdırıb
27-01-2026, 10:53
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
27-01-2026, 10:45
Mərkəzi Bank vəzifəli şəxsləri cərimələyib
27-01-2026, 10:37
ARDNF-in aktivləri artıb
27-01-2026, 10:30
Sinqapur valyutası ABŞ dollarını üstələyir
27-01-2026, 08:42
Seul Trampın yeni tariflərini rədd edir
26-01-2026, 21:03
SOCAR Dünya Bankı ilə yaşıl enerji dəhlizlərini müzakirə edib - Fotolar
26-01-2026, 16:30
"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiq olunub
26-01-2026, 16:05
Maliyyə xidmətlərinin istehlakçılarına yeni tələb qoyulub
26-01-2026, 11:26
Qida təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanır
26-01-2026, 10:50
Pensiya nə qədər artırılacaq? - Açıqlama
26-01-2026, 10:30
Məşhur şirkəti fantastik maliyyə itkiləri gözləyir
26-01-2026, 09:57
Dollar arxa plana keçir, qızıl və gümüşə üstünlük verirlər
23-01-2026, 22:36
Qızıl və gümüşün qiyməti artır
23-01-2026, 17:53
Baş İdarə rəisi vəzifədən azad olunub
23-01-2026, 17:22
Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma ləğv olunub
23-01-2026, 15:10
"VTB Azərbaycan”dan 17 milyon manatdan çox depoziti geri götürülüb
23-01-2026, 12:36
Tələbələrin kredit üçün müraciət tarixləri açıqlanıb
23-01-2026, 12:08
Sahibkarlıq sahəsində yoxlamalar daha bir il dayandırılır
23-01-2026, 10:57
Deputat: “Bunu hansı ağılla “Azəriqaz” adlandırmısınız?”
22-01-2026, 15:20
Sahil Babayev mərkəz rəhbərini vəzifədən azad edib - Yeni təyinat
22-01-2026, 09:10
Rusiya qızıl ehtiyatını artırıb
22-01-2026, 08:42
Dünyanın ən böyük bənövşəyi sapfiri təqdim edilib

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər