20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Çingiz Qənizadə dövlət rüsumlarının azaldılmasını istəyir - Təklif
Tarix: 17-05-2019 13:03 | Bölmə: İqtisadiyyat
Çingiz Qənizadə dövlət rüsumlarının azaldılmasını istəyir

Dövlət rüsumları bir müddət öncə qəbul edilmiş qaydalar əsasında tətbiq olunur və bir qədər artıqdır.

Reyting.az-ın məlumatına görə, bunu Milli Məclisin mayın 17-də keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bildirib.

Onun fikrincə, rüsumlarla bağlı narazılıqlar var.

“İcarə müqaviləsi ilə bağlı dövlət rüsumu 92 manat təşkil edır. Bir vətəndaş hansısa bir balaca yeri icarəyə verir, sonra növbəti icarəçi gəlir və o, hər dəfə 92 manat ödəyir. Bundan başqa, icarə müqaviləsinə əsasən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Bir icarə müqaviləsini hər ay kimsə yeniləsə 100-120 manat xərci var. İcarə müqaviləsi pozulduqda da tərəf yenidən 23 manat rüsum ödəyir. Bu, başadüşülən deyil. Gələcəkdə buna baxmaq lazımdır”, - Çingiz Qənizadə vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər