Palata rəhbərliyi Rusiya Mərkəzi Bankının departament direktoru ilə görüşdü
Tarix: 20-05-2019 15:38 | Bölmə: İqtisadiyyat
Palata rəhbərliyi Rusiya Mərkəzi Bankının departament direktoru ilə görüşdü

“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasında Rusiya Mərkəzi Bankının Milli ödəniş sistemi departamentinin direktoru Alla Bakina ilə görüş keçirilib.

Palatadan Reyting.az-a verilən məlumaat görə, görüşdə qonaq Rusiyada elektron ödənişlər sahəsində qanunvericilik bazası, həyata keçirilən islahatlar, ölkələr arasında pul köçürmə əməliyyatları, habelə maliyyə savadlılığı sahəsində həyata keçirilən layihələr haqqında məlumat verib. Həmçinin, Palatanın bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi və ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi sahəsində gördüyü tədbirlər barədə danışılıb.

Rəqəmsal bankçılıq və elektron ödənişlər sahəsində ətraflı müzakirələrin aparıldığı görüşdə innovativ ödəniş həllərinə və elektron pulun ölkədə tətbiqi imkanlarına toxunulub, gələcək dövrdə qarşılıqlı əməkdaşlığın zəruriliyi qeyd edilib.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}