20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Büdcənin icrası və gömrükdə audit... - Palata iki məsələ ilə bağlı MM-ə sənəd göndərdi
Tarix: 20-05-2019 17:54 | Bölmə: İqtisadiyyat
Büdcənin icrası və gömrükdə audit...

Bu gün Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

Reyting.az
Palataya istinadən xəbər verir ki, iclasda həyata keçirilmiş aşağıdakı nəzarət tədbiri üzrə Auditor Hesabatı və Hesablama Palatasının 2018-ci il dövlət büdcəsinin icrasına dair Rəyi müzakirə olunub:

- Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində gömrük qanunvericiliyinə riayət edilməsi üzərində inzibatçılığın təşkili vəziyyətinin müəyyənləşdirilməsinə dair;

- "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyi.

Kollegiya iclasında nəzarət tədbiri üzrə Auditor hesabatı və Hesablama Palatasının Rəyi barədə müvafiq qərar qəbul olunub.

Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi, Azərbaycan Respublikasının Milli Məclisinə müvafiq məlumatın təqdim olunması və "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi qərara alınıb.

İclasda, həmçinin Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı Tövsiyə və Qaydalar müzakirə olunaraq təsdiq edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər