19:37 / 15-10-2024
Cəlilabadda zəlzələ olub
Yarmarkalar iyunun 10-dək davam edəcək
Tarix: 07-06-2019 12:31 | Bölmə: İqtisadiyyat
Yarmarkalar iyunun 10-dək davam edəcək

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin Ramazan bayramı münasibəti ilə Bakıda təşkil etdiyi “Kənddən Şəhərə” yarmarkaları iyunun 10-na qədər davam edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə "Dövlət Aqrar Ticarət Şirkəti" MMC məlumat yayıb.

Xatırladaq ki, yarmarkalar paytaxtın 2 yerində - Yasamal rayonunun Ələsgər Ələkbərov küçəsindəki 225 saylı orta məktəbin qarşısında və Nizami rayonunun Qara Qarayev prospektindəki “Orbita” ticarət mərkəzinin yanında təşkil edilib.

Şirkətdən həmçinin bildiriblər ki, yarmarkada iştirak etmək istəyən fermerlər "Dövlət Aqrar Ticarət Şirkəti"nin rəsmi saytı vasitəsilə (https://agrotrade.gov.az/az/fair) və ya 050 400 88 99 nömrəsinə zəng etməklə hələ də qeydiyyatdan keçə bilər. Bundan başqa fermerlər öz rayonunda yerləşən "Dövlət Aqrar İnkişaf Mərkəzi"nə də müraciət edə bilərlər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}