Azərbaycana avtomobil idxalı artıb - Hesabat
Tarix: 12-06-2019 21:37 | Bölmə: İqtisadiyyat
Azərbaycana avtomobil idxalı artıb

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan 11 695 nəqliyyat vasitəsi idxal edib.

Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Hesabatda qeyd olunur ki, ölkəyə idxal olunmuş nəqliyyat vasitələrindən 10 614-ü minik avtomobilləri və motorlu nəqliyyat vasitələridir. Bu göstərici də bir il ərzində 2,2 dəfə artıb.

Hesabat dövründə ölkəyə 974 yük avtomobili (2 dəfə artım), 53 avtobus, 10 və daha çox sərnişin tutumuna malik digər motorlu nəqliyyat vasitələri (2,3 dəfə artım) və 54 xüsusi təyinatlı nəqliyyat vasitəsi (2,2 dəfə artım) idxal olunub.

Bütün növ nəqliyyat vasitələri və ehtiyat hissələrinin idxalının ümumi həcmi 354,9 milyon manat təşkil edib. Bu göstərici Azərbaycanın idxal etdiyi bütün məhsullar arasında 7,8 faiz paya malikdir.

Qeyd edək ki, 2018-ci ildə ölkəyə 28 876 nəqliyyat vasitəsi idxal olunmuşdu.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}