20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Mikayıl Cabbarov: "Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq"
Tarix: 13-06-2019 15:35 | Bölmə: İqtisadiyyat
Mikayıl Cabbarov: "Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq"

"Hesab edirəm ki, Azərbaycanda aparılan bir sıra islahatların nəticələri müsbətdir. Bu xüsusən də vergi yoxlamaların və vergi yükünü azaldılmasında özünü göstərir".

Reyting.az
xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes-forumunda çıxış edən Azərbaycan Vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir deyiub ki, vergi qanunvericiliyi üzrə pozuntularla bağlı Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq: "Haqsız rəqabət və qanunvericiliyin pozulması hesabına vergilərin ödənilməməsi siyasətini biz dəstəkləmirik. İyunun 1-nə olan məlumata görə, son 5 ay ərzində qeyri-neft sektorunun özəl bölməsində 66 mindən çox yeni əmək müqaviləsi qeydiyyata alınıb. İlin əvvəlində isə bu rəqəm 96 min olub. Bu isə 70%-dən çox artım deməkdir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər