20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Kənd təsərrüfatı texnikası ƏDV-dən azad ediləcək
Tarix: 14-06-2019 14:36 | Bölmə: İqtisadiyyat
Kənd təsərrüfatı texnikası ƏDV-dən azad ediləcək

Kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikanın istehsalı əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və energetika komitəsinin iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Bununla bərabər, kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin idxalı və satışının da ƏDV-dən azad edilməsi təklif olunur.

Qeyd edək ki, hazırda kənd təsərrüfatı təyinatlı texnikanın idxalı və satışı ƏDV-dən azaddır.

Qanun layihəsi Milli Məlisin növbədənkənar sessiyasının növbəti iclasına tövsiyə edilib.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər