20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
“Bloomberg”-in 2 jurnalisti Türkiyədə mühakimə ediləcək – Valyuta böhranına görə
Tarix: 15-06-2019 11:33 | Bölmə: İqtisadiyyat
“Bloomberg”-in 2 jurnalisti Türkiyədə mühakimə ediləcək

Türkiyə məhkəməsinə “Bloomberg” agentliyinin 2 jurnalisti və 36 sosial şəbəkə istifadəçisinə qarşı iddia daxil olub. Şikayətçi ölkənin bank nəzarəti qurumu BDDK-dır.

Reyting.az
“Reuters”-ə istinadla xəbər verir ki, iddia üçün əsas 2018-ci ilin avqust ayında nəşr olunan bir “Bloomberg” xəbəridir.

Şikayətçi qurum bildirib ki, həmin xəbərdən sonra lirə məzənnəsinin təxminən 30 faizini itirib və valyuta böhranı yaranıb.

“Bloomberg” müxbirləri Kərim Karakaya və Fercan Yalınkılıc Türkiyənin iqtisadi sabitliyini pozmaqda ittiham olunurlar, onları 2-5 il arasında həbs cəzası gözləyir.

Digər 36 şübhəli ictimai media istifadəçiləridir.

Məhkəmənin ilk iclası sentyabrın 20-də keçiriləcək.

"Bloomberg”-in baş redaktoru Con Maykletveytin sözlərinə görə, agentlik əməkdaşlarını sonadək dəstəkləyəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər