20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycan qazı Avropaya çatdırılıb
Tarix: 17-06-2019 14:34 | Bölmə: İqtisadiyyat
Azərbaycan qazı Avropaya çatdırılıb

"Şahdəniz” qazı iyunun 15-də - Milli Qurtuluş Günündə Avropa sərhədinə çatdırılıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi Facebook səhifəsində məlumat verilib.

Qeyd edək ki, "Şahdəniz” qazı 2018-ci il yanvarın 23-də Trans-Anadolu Boru Kəmərinə (TANAP) Gürcüstan-Türkiyə sərhədindən daxil olmuşdu.

TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilməlidir.

Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci il iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.

TANAP layihəsində "Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər