20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Əməkhaqqı artımı 2 milyondan çox insanı əhatə edəcək
Tarix: 19-06-2019 02:02 | Bölmə: İqtisadiyyat
Əməkhaqqı artımı 2 milyondan çox insanı əhatə edəcək

“Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə minumum əməkhaqqı sentyabr ayının birindən artıq 250 manat oldu. Bu sərəncamla Azərbaycanda ilin əvvəlindən minimum əməkhaqqı təxminən iki dəfə artırılır”.

Reyting.az
xəbər verir ki, bunu Prezident İlham Əliyevin aylıq maaşlarla bağlı imzaladığı sərəncama münasibət bildirərkən millət vəkili Aydın Mirzəzadə deyib.

A. Mirzəzadə qeyd edib ki, Prezidentin digər sərəncamı ilə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların, hərbi qulluqçuların, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları və digər təşkilatların işçilərinin də əmək haqqı 20, 40 və 50 faiz artırılıb: “Bu, faktiki olaraq, milyonlarla vətəndaşımızın gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev isə Realtv.az-a açıqlamasında bildirib ki, minimum əməkhaqqının artırılması barədə sərəncam büdcə təşkilatlarında çalışan 500 min nəfərə, özəl sektorda çalışan 300 min nəfərə şamil olunacaq.

Qeyd edək ki, Prezidentin əməkhaqqı artımları ilə bağlı sərəncamları ümumilikdə 2 milyondan çox insanı əhatə edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər