20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycan Mərkəzi Avropada ticarət şəbəkəsini genişləndirəcək
Tarix: 23-06-2019 17:56 | Bölmə: İqtisadiyyat
Azərbaycan Mərkəzi Avropada ticarət şəbəkəsini genişləndirəcək

Azərbaycan yaxın gələcəkdə Mərkəzi Avropa ölkələrində ticarət evləri şəbəkəsini genişləndirməyi planlaşdırır.

Reyting.az
-ın məlumatına görə, bunu Trend-ə Azərbaycanın Polşadakı ticarət nümayəndəsi Nemət Nağdəliyev deyib.

Onun sözlərinə görə, ticarət evlərinin Almaniya, Çexiya və Macarıstanda açılması planlaşdırılır.

N. Nağdəliyev bildirib ki, İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə yaradılmış Azərbaycan Ticarət Evi Polşa bazarında “Made in Azerbaijan” brendi ilə məhsullar təqdim edir və Azərbaycan mallarının Polşaya ixracının genişlənməsinə və təşviqinə dəstək göstərir.

Ticarət nümayəndəsi deyib ki, Polşadakı ticarət evində Azərbaycanın 30 şirkətinin spirtli içkilər, quru meyvələr, nar, fındıq, çay, mürəbbə, meyvə şirələri kimi məhsulları satılır: “Hazırda Azərbaycanda Polşanın təqribən 20 şirkəti xidmət, sənaye və ticarət sahələrində fəaliyyət göstərir”.

Ticarət nümayəndəsi qeyd edib ki, Polşaya ixrac olunan Azərbaycan məhsulları arasında ən çox tələbat fındıq və nar şirəsinədir.

Qeyd edək ki, hazırda Azərbaycanın ən iri ticarət tərəfdaşları İtaliya, Rusiya, Türkiyə, İsrail, Almaniya və Çindir. Polşa böyüklüyünə görə Azərbaycanın yeddinci tərəfdaşıdır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər