20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Bir sıra mal və məhsullara görə vergi ödənməyəcək
Tarix: 25-06-2019 23:38 | Bölmə: İqtisadiyyat
Bir sıra mal və məhsullara görə vergi ödənməyəcək

Azərbaycanda kənd təsərrüfatı sahəsində bir sıra mallar və məhsullar vergi azad ediləcək.

Reyting.az
-ın məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik gözlənilir.

Qeyd edək ki, hazırda kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğular, maşın, avadanlıq və texnikaların idxalı və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib.

Məcəlləyə təklif edilən yeni əlavəyə görə, kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğularla yanaşı, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilmiş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışına görə də ƏDV tutulmayacaq.

Qanun layihəsi ölkədə suvarma təyinatlı kənd təsərrüfatı texnikası, avadanlıqlar və onların ehtiyat hissələrinin istehsalının stimullaşdırılmasına, kənd təsərrüfatı texnikalarının saz vəziyyətdə saxlanmasına, texnika və onların ehtiyat hissələrinin qiymətlərinin optimallaşdırılmasına, son nəticədə aqrar sektorun dəstəklənməsinə xidmət edəcək.(Trend)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər