20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycan Mərkəzi Avropaya tekstil ixrac etməyi planlaşdırır
Tarix: 28-06-2019 11:09 | Bölmə: İqtisadiyyat
Azərbaycan Mərkəzi Avropaya tekstil ixrac etməyi planlaşdırır

Azərbaycan Polşaya tekstil ixracını həyata keçirməyi planlaşdırır.

Reyting.az
-ın məlumatına görə, bunu Trend-ə Azərbaycanın Polşadakı ticarət nümayəndəsi Nemət Nağdəliyev deyib.

Onun sözlərinə görə, hazırda tərəflər bu məsələni müzakirə edir:

“Polşa bazarında tekstil məhsuluna böyük tələbat var. Biz bu bazarı öyrənmişik və Azərbaycandan Polşaya ixracı məqsədəuyğun və perspektivli hesab edirik. Bakı Tekstil Fabriki ilə polşalı tərəfdaşlar arasında əlaqələr yaradılıb, ortamüddətli perspektivdə bu ölkəyə tekstil məhsulunun ixracını başlamağı planlaşdırırıq”.

Ticarət nümayəndəsi bildirib ki, hazırda bu istiqamətdə danışıqlar davam edir:

“Bir neçə növ tekstil məhsulunun ixracı ilə bağlı Polşa şirkətləri ilə razılaşmalar mövcuddur. Gələcəkdə biz Azərbaycanın tekstil məhsulunu təkcə Polşaya yox, Mərkəzi Avropa ölkələrinə də ixrac etməyi planlaşdırırıq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər