20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İcbari sığorta müqaviləsi bağlamayanlar məsuliyyətə cəlb olunacaq
Tarix: 30-06-2019 11:13 | Bölmə: İqtisadiyyat
İcbari sığorta müqaviləsi bağlamayanlar məsuliyyətə cəlb olunacaq

Azərbaycanda icbari qaydada sığortalanmaya nəzarət gücləndiriləcək, daşınar və daşınmaz əmlakı icbari qaydada sığorta etdirməyənlər inzibati məsuliyyətə cəlb ediləcəklər.

Bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019–2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənəddə göstərilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları 2019-2020-ci illərdə İnzibati Xətalar Məcəlləsinə əsasən icbari qaydada sığorta müqaviləsi bağlamayan şəxslərin inzibati məsuliyyətə cəlbini təmin etməlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər