13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Metro rəhbərləri adı işıq lampasını neçəyə rəsmiləşdirirlər? - İqtisadçı
Tarix: 01-07-2019 11:04 | Bölmə: İqtisadiyyat
Metro rəhbərləri adı işıq lampasını neçəyə rəsmiləşdirirlər?

“Bakı Metropoliteni” QSC 2018-ci ili 54 milyon 871 min manat zərərlə başa vurub.

Reyting.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli sosial şəbəkədəki hesabında yazıb.

O bildirib ki, metronun bu günə yığılmış cəmi zərəri 426 milyon 610 min manata çatıb:

“Bakı metrosu 2018-ci ildə büdcədən 48 milyon 800 min manat subsidiya alıb. 2017-ci ildə büdcədən 45 milyon manat subsidiya almışdı.

Metroda gedişhaqqı 20 qəpikdən 30 qəpiyə qaldırıldı, büdcədən hər il böyük həcmdə dotasiya alır, amma qurum hələ də zərərlə işləyir. Çünki dövlət biznesdə ən zay oyunçudur, xərclər süni şəkildə artırılır, korrupsiya sxemləri qurulur, çünki nəzarət yoxdur. Yoxlayın, görün metro rəhbərləri adı işıq lampasını neçəyə alıb, rəsmiləşdirir.

Bakının seçilmiş meri olmalıdlr ki, bütün nəqliyyat sektoru şəhərin balansına keçsin və sonra da seçilmişdən hesabat tələb etməyə imkan yaransın. İndi təyin olunmuş təyin edənin xoşuna gəlməyə çalışır deyə Bakı əhlinin fikri onun heç vecinə də deyil”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər