20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Nazir müavini: “Sosial müdafiə tədbirləri 4 milyon 200 min vətəndaşı əhatə edib”
Tarix: 03-07-2019 13:22 | Bölmə: İqtisadiyyat
Nazir müavini: “Sosial müdafiə tədbirləri 4 milyon 200 min vətəndaşı əhatə edib”

"Sosial müdafiə tədbirləri dayanıqlı inkişaf məqsədlərində əhatə olunan hədəflərlə birbaşa bağlıdır. Azərbaycan hökuməti və sosial tərəfdaşlarımız sosial müdafiə siyasətinə məhz Dayanıqlı İnkişaf gündəliyi çərçivəsində baxır".

Reyting.az
APA-ya istinadla xəbər verir ki, bunu "Sosial müdafiə və Dayanıqlı İnkişaf" mövzusunda keçirilən konfransda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycan hökumətinin hazırda həyata keçirdiyi sosial müdafiə siyasətinin iki əsas məqsədi var: "Birinci məqsəd əhaliyə göstərilən xidmətlərin, ikinci məqsəd isə əhalinin həyat keyfiyyətinin artırılmasıdır. Əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı çoxşaxəli tədbirlər həyata keçirilir. May ayında açılışı olan DOST mərkəzindən artıq 10 mindən çox vətəndaş bəhrələnib. Bu şəbəkənin genişləndirilməsi istiqamətində iş görülür. 2025-ci ilə qədər respublika üzrə 31 DOST mərkəzinin açılması nəzərdə tutulur".

Nazir müavini bildirib ki, sosial müdafiə sahəsində həyata keçirilən islahat tədbirləri 4 milyon 200 min nəfər vətəndaşı əhatə edib: "Builki islahat tədbirləri vasitəsilə minimum əmək haqqının məbləği 93 faiz artırılıb. Bu artım Azərbaycanı alıcılıq prioriteti üzrə MDB məkanında ikinci yerə çıxarır. Bundan başqa, bu artım həm də orta aylıq əmək haqqının təxminən 15 faiz artırılmasına səbəb olacaq, pensiyanın minimum məbləği isə 72 faiz artacaq. Bu da alıcılıq qabiliyyətinə görə Azərbaycanı MDB məkanında birinci yerə çıxarır. Üçüncü istiqamət müavinət və təqaüdlərin artırılması, bir də problemli kreditlərlə bağlıdır. Azərbaycan hökumətinin bu sahədə həyata keçirdiyi tədbirlər isə 2 milyon 100 min nəfər vətəndaşı əhatə edir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər