20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Dövlət Agentliyi güzəştli mənzil almaq istəyənlərə müraciət edib - Qaydalar
Tarix: 04-07-2019 15:51 | Bölmə: İqtisadiyyat
Dövlət Agentliyi güzəştli mənzil almaq istəyənlərə müraciət edib

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən vətəndaşlara müraciət edib.

Müraciətdə qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 469 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan şəxs mütləq:

ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməli;

agent bankdan aldığı ilkin razılıq qərarının “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir.

Qeyd edək ki, istifadəçi “Güzəştli mənzil” sistemində elektron kabinetinə daxil olaraq “İlkin razılıq qərarı” bölməsində həmin razılıq qərarını imzalamalıdır. Əks halda mənzilləri ipoteka krediti hesabına ödəniş üsulu ilə əldə etmək mümkün olmayacaqdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər