16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ərdoğan Mərkəzi Bankın sədrini buna görə vəzifəsindən çıxardı: "Ona dedik ki..."
Tarix: 07-07-2019 12:35 | Bölmə: İqtisadiyyat
Ərdoğan Mərkəzi Bankın sədrini buna görə vəzifəsindən çıxardı: "Ona dedik ki..."

Məlum olduğu kimi, ötən gün Türkiyə prezidenti Ərdoğan səlahiyyət müddətinin başa çatmasına 10 ay qalan Mərkəzi Bankın sədri Murad Çətinqayanı vəzifəsindən azad edib.

Reyting.az
xəbər verir ki, Ərdoğanın digər sərəncamı ilə sözügedən vəzifəyə Mərkəzi Bankın sədr müavini Murad Uysal təyin olunub.

Ərdoğan belə bir qərar verməsini isə belə əsaslandırıb: "Ona iqtisadi toplantılarda dəfələrlə faizin düşürülməsinin vacibliyini söylədik. "Faiz düşərsə, inflyasiya enər" dedik, ancaq o, gərəkəni etmədi. Demək ki, biz eyni düşüncədə deyildik".

Onu da qeyd edək ki, Mərkəzi Bankın rəhbərliyinə yeni təyin edilən Murad Uysal da açıqlama verib.

O deyib ki, pul siyasətini müstəqil şəkildə tətbiq etməyə davam edəcək: "Tətbiq olunacaq siyasətə uyğun bağlantı kanallarından da üst səviyyədə yararlanacam".




Bölməyə aid digər xəbərlər
Dünən, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}