20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İki fondun büdcəsi ümumilikdə 215 milyon artırıldı
Tarix: 09-07-2019 13:01 | Bölmə: İqtisadiyyat
İki fondun büdcəsi ümumilikdə 215 milyon artırıldı

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “2019-cu il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilərək II oxunuşda qəbul olunub.

Reyting.az
xəbər verir ki, dəyişikliyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi 200 milyon manat, İşsizlikdən Sığorta Fondunun isə büdcəsi isə 15 milyon artırılıb.

Həmin xərclərin qarşılanması üçün məcburi dövlət sosial sığorta haqları üzrə 350 milyon manat əlavə daxilolma nəzərdə tutulur.

Bununla əlaqədar “Büdcə sistemi haqqında” qanunun tələbləri gözlənilməklə əlavə 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin 215 milyon manat artırılması və dövlət büdcəsindən DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün fonda ayrılan vəsaitin məbləğinin 150 milyon manat azaldılması nəzərdə tutulub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər