Türkiyənin ən böyük şirkəti İrandan neft alışını dayandırdı
Tarix: 11-07-2019 20:10 | Bölmə: İqtisadiyyat
Türkiyənin ən böyük şirkəti İrandan neft alışını dayandırdı

Türkiyənin əsas xam neft idxalçısı olan “Tüpraş” holdinqi İrandan neft tədarükünü dayandırıb.

Reyting.az
Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, buna səbəb ABŞ-ın sanksiyalarıdır.

Rəsmi Vaşinqton İrana sanksiyaları çərçivəsində keçən ilin noyabrda bu ölkədən neft alan və aralarında Türkiyənin də olduğu 8 dövlətə güzəşt tətbiq etmişdi. Lakin bu il mayın 2-dən həmin güzəştin ləğvi ilə əlaqədar “Tüpraş”ın İrandan neft tədarükünü dayandığı bildirilir.

Xatırladaq ki, 2018-ci ildə İran Rusiya və İraqla birgə Türkiyənin ən çox neft idxal etdiyi 3 ölkədən biri olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}