20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Nazirlər Kabineti gömrük rüsumlarında dəyişiklik edib
Tarix: 14-07-2019 08:03 | Bölmə: İqtisadiyyat
Nazirlər Kabineti gömrük rüsumlarında dəyişiklik edib

Təmizliyi 99 faizdən az olmayan propan istisna ilə, Azərbaycana gətirilən propana tətbiq edilən 15 faiz idxal gömrük rüsumu ləğv edilib.

Reyting.az
-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Beləliklə, emalın spesifik prosesləri və proseslərdə kimyəvi çevrilmələr, o cümlədən digər məqsədlər üçün təmizliyi 90 faizdən çox, lakin 99 faizdən az olan propan 15 faiz idxal gömrük rüsumundan azad edilib. Təmizliyi 99 faizdən az olmayan propan üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu isə qüvvədə qalıb.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra, yəni avqustun 14-də qüvvəyə minir.(Mənbə: APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər