20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Dövlət qurumlarının avtomobilləri yenidən satışa çıxarılır - Qiymətlər
Tarix: 14-07-2019 20:03 | Bölmə: İqtisadiyyat
Dövlət qurumlarının avtomobilləri yenidən satışa çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyulun 30-da növbəti hərrac barədə elan verib.

Reyting.az
xəbər verir ki, həmin gün müxtəlif dövlət orqanlarının balansında olan 8 avtomobil də satışa çıxarılacaq. Onlardan 5-i Ədliyyə Nazirliyinə, 2-si Əmlak Məsələləri Dövlət Komitəsinə, 1-i isə Baş Prokurorluğa məxsusdur.

Maşınların qiyməti 3000 manatdan başlayır. Ədliyyə Nazirliyin balansında olan “QAZ-31105-120” markalı maşını hərracda bu qiymətə almaq mümkündür. Eyni markadan olan digər avtomobil isə 3 500 manata hərraca çıxarılıb. Hər 2 maşın 2004-cü ildə istehsal olunub. Nazirliyə məxsus “Renault Symbol” markalı avtomobillərin ilkin satış qiyməti isə 4 500 manatdır. Maşınların 2007-ci ilə aid olduğu göstərilib.

Ədliyyə Nazirliyinin balansında olan “Nissan Maxima” isə 8000 manata satılır. Avtomobil 2005-ci ildə istehsal edilib. Həmin markaya aid olan digər maşın isə 7000 manata hərraca çıxarılıb. ƏMDK-nın balansında olan avtomobilin 2007-ci ildə istehsal edildiyi bildirilib. “Hyundai Sonata” (2005) isə 5 500 manata satılır.

Baş Prokurorluğun balansında olan “Volkswagen Passat”ın ilkin satış qiyməti 5 900 manat müəyyən edilib. Maşın 2009-cu ildə istehsal olunub.

Qeyd edək ki, maşınları almaq üçün öncədən onların ilkin satış qiymətinin 10 faizi məbləğində beh ödəmək tələb olunur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər