Gürcüstanın Azərbaycana borcu azalıb
Tarix: 15-07-2019 16:27 | Bölmə: İqtisadiyyat
Gürcüstanın Azərbaycana borcu azalıb

Bu il iyulun 1-nə Gürcüstanın Azərbaycana borcu 7, 269 mln. ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilib.

Aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu 166 min dollar azalıb.

Gürcüstanın ümumi xarici dövlət borcu da aylıq müqayisədə 70 900 dollar azalaraq 5 438,040 mln. dollar təşkil edib. Bu məbləğin 5 229, 508 mln. dolları hökumətin payına düşüb.

Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyü dəyişməz olaraq qalıb. İlk üçlükdə Almaniya (317,048 mln. dollar), Fransa (241, 016 mln. dollar) və Yaponiya (218, 843 mln. dollar) yer alıb.

Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan borcu aylıq müqayisədə nisbətən azalaraq müvafiq olaraq 13, 980 mln. dollar, 56, 478 mln. dollar və 7, 903 mln. dollar təşkil edib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}