20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
ABŞ-ın xam neft ehtiyatları azalır
Tarix: 18-07-2019 17:26 | Bölmə: İqtisadiyyat
ABŞ-ın xam neft ehtiyatları azalır

ABŞ-ın xam neft ehtiyatları azalır.

Reyting.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 3,1 milyon barrel (0,7 faiz) azalaraq 455,9 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 9,5 milyon barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək 644,8 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 3,6 milyon barrel (1,6 faiz) artaraq 232,8 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,5 milyon barrel geriləmişdi.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər