20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Hesablama Palatası ƏDV-nin vahid inzibatçılıq modelinin tətbiqini təklif edir
Tarix: 26-07-2019 20:48 | Bölmə: İqtisadiyyat
Hesablama Palatası ƏDV-nin vahid inzibatçılıq modelinin tətbiqini təklif edir

Hesablama Palatası Azərbaycanda əlavə dəyər vergisinin (ƏDV) beynəlxalq təcrübədə özünü doğrultmuş vahid inzibatçılıq modelinin tətbiqini təklif edir.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

“ƏDV dövlət büdcəsinin gəlirlərinin formalaşmasında xüsusi əhəmiyyətə malikdir və iqtisadi münasibətlərin inzibatçılığının təşkilində vacib alətdir. 2018-ci ildə ümumilikdə dövlət büdcəsinin vergi gəlirlərinin 45,4%-ni təşkil edən bu vergi növü üzrə inzibatçılıq iki qurum tərəfindən həyata keçirilir. Hesabat ilində ƏDV üzrə daxilolmanın xüsusi çəkisi Vergilər Nazirliyinin təmin etdiyi ümumi gəlirlərin 26,2%-ni, Dövlət Gömrük Komitəsinin təmin etdiyi ümumi gəlirlərin 68,2%-ni təşkil edib. 2018-ci ilin dövlət büdcəsinin bu vergi növü üzrə gəlirlərinin tərkibində Nazirliyin payı əvvəlki illərə nisbətən daha da azalaraq 45,4%-ə enmiş, Komitənin payı isə artaraq 54,6%-ə yüksəlib”, - V. Gülməmmədov bildirib.

Onun sözlərinə görə, hesabat ilində Nazirlik xətti ilə daxilolması təmin edilmiş ƏDV-in məbləği 2017-ci illə müqayisədə 2,7%, Komitə üzrə 32% artıb.

O qeyd edib ki, son illərdə ölkə üzrə ÜDM-in, eyni zamanda, pərakəndə ticarət dövriyyəsinin yüksəlməsi kimi əlverişli makroiqtisadi amillər fonunda əsas kapitala yönəldilmiş investisiyaların və iqtisadiyyatın kreditləşdirilməsi həcminin səngiməsi müşayiət olunub.

“Bu baxımdan dövlət büdcəsinə təmin edilən ƏDV ilə bağlı qeyd olunan meyil idxal edilən aktivlərin kommersiya fəaliyyətində istifadə olunmasından yaranan gəlirlərin vergiyə cəlb edilməsi prosesində kifayət qədər risklərin mövcud olmasını deməyə əsas verir. Bütün bunları nəzərə alaraq, Hesablama Palatası əlavə dəyər vergisinin beynəlxalq təcrübədə özünü doğrultmuş vahid inzibatçı lıq modelinin tətbiqini təklif edir”, - deyə Hesablama Palatasının sədri bildirib.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər