20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Nazirlər Kabineti iki Fondla bağlı qərar verdi
Tarix: 13-08-2019 12:30 | Bölmə: İqtisadiyyat
Nazirlər Kabineti iki Fondla bağlı qərar verdi

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Nazirlər Kabineti bununla bağlı "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib.

Beləliklə, bu Fondlarda icraçı direktorun maaşı 1463 manatdan 1980 manata, aparat rəhbəri və müşavirin maaşı 1100 manatdan 1540 manata, baş mühasibin maaşı 1023 manatdan 1450 manata, sektor müdirinin maaşı 968 manatdan 1370 manata, baş məsləhətçinin maaşı 880 manatdan 1255 manata, aparıcı məsləhətçinin maaşı 737 manatdan 1030 manata, məsləhətçi, hüquqşünas və informasiya texnologiyaları üzrə mütəxəssisin maaşı 666 manatdan 930 manata, sürücünün maaşı 330 manatdan 460 manata qaldırılıb.

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər