13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Ölkəyə gətirilən avtomobillərin sayı azalıb - Statistika
Tarix: 16-08-2016 19:49 | Bölmə: İqtisadiyyat

 

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 2879 ədəd avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 16597 ədəd və ya 6,76 dəfə azalıb.

Ölkəyə gətirilən avtomobillərin 44 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 2475 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 300 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 60 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Reyting.az





Bölməyə aid digər xəbərlər