20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycan hökumətinin proqnozu: "Gələn il neftin qiyməti 5 dollar azalacaq"
Tarix: 22-10-2019 18:17 | Bölmə: İqtisadiyyat
Azərbaycan hökumətinin proqnozu: "Gələn il neftin qiyməti 5 dollar azalacaq"

Azərbaycan hökuməti gələn il dünya bazarında neftin qiymətinin azalacağını proqnozlaşdırır.

Bu barədə 2020-ci ilin Büdcə zərfində qeyd edilib.

Proqnoza əasən 2020-ci ildə dünya bazarında neftin qiyməti 2019-cu ilin proqnozundan 5 dollar azalaraq 55 dollar/barel olacaq.

Proqnoza görə, 2021-2022-2023-cü illərdə də neftin dünya bazarında orta qiyməti 55 dollar/barel təşkil edəcək.

Qeyd edək ki, 2018-ci ildə neftin orta qiyməti 71,1 dollar/barel olub. 2019-cu il üzrə proqnoz isə 60 dollar/barel təşkil edir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər