20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
TAP qaz kəmərinin tikintisi yekunlaşmaq üzrədir
Tarix: 09-11-2019 19:58 | Bölmə: İqtisadiyyat
TAP qaz kəmərinin tikintisi yekunlaşmaq üzrədir

Noyabr 9-dan etibarən Trans Adriatik Boru Xətti (TAP) layihəsi çərçivəsində mikrotunnelin çıxış nöqtəsində işlər San Basilio çimərliyində dənizin sahilində başlayacaq.

TAP-ın məlumatına görə, xüsusilə yaxın günlərdə çıxış nöqtəsindəki geostatik yükün sabitləşdirməsı istiqamətində aparılan müvəqqəti işlər yekunlaçacaq, bu da sahildən təqribən 1 km uzaqlaşması deməkdir.

Məlumatda bildirilir ki, xüsusi qaldırıcı qurğu ilə təchiz olunmuş gəmi müəyyən bərpa işlərini aparacaq. İşin bu mərhələsinin sonunda keçən yazdan həyata keçirilən "göstebek"in bərpası davam etdiriləcək.

Qeyd olunur ki, tikinti işləri ilə paralel olaraq ətraf mühitin monitorinqi də intensiv şəkildə aparılacaq: "Dəniz bioloqlarından ibarət bir qrup, 24 saat ərzində suyun bulanıqlıq səviyyəsinin monitorinqini, başqa bir gəmi isə gün ərzində məməlilərin müşahidəsini aparacaq".

Xatırladaq ki, 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 4,5 milyard dollara başa gələcək olan boru kəməri ilə 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılması nəzərdə tutulur. Bu layihə Bolqarıstanın qaz ehtiyacının 33%-ni, Yunanıstanın 20%-ni, İtaliyanın isə təxminən 10,5%-ni qarşılayacaq. “BP”, İtaliyanın “SNAM” və Azərbaycanın “SOCAR” şirkətləri hər biri 20% hissə payı ilə layihənin əsas 3 investoru hesab olunur.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər