16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Azəriqaz” istixana sahiblərinə güzəşt edəcək - Fotolar
Tarix: 12-11-2019 00:01 | Bölmə: İqtisadiyyat
“Azəriqaz” istixana sahiblərinə güzəşt edəcək

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Şəmkir rayonunda bir qrup istixana sahibi ilə görüşüb.

“Azəriqaz”dan Reyting.az-a verilən məlumata görə, görüşdə Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədr müavini Faiq Abbasov da iştirak ediblər. Meyvə-tərəvəz istehsalı ilə məşğul olan 80-dən çox istixana sahibinin problemləri dinlənilib. Qeyd edilib ki, hazırda “Azəriqaz” İB-nin Şəmkir Regional qaz istismarı İdarəsinin xidmət sahəsinə daxil olan 132 böyük istixana sahibi qazla təmin olunur. Onlardan təkcə 111-i Şəmkir rayonunun payına düşür.

“Azəriqaz” istixana sahiblərinə güzəşt edəcək

Görüşdə çıxış edən sahibkarlar əsasən istixanalara verilən qazın hər kub metrinə görə qiymətin 20 qəpikdən 10 qəpiyə endirilməsini, borclarla bağlı güzəştlərin olunmasını, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və s. məslələrlə bağlı fikirlər səsləndiriblər.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib ki, bundan sonra istixana sahibləri ilə təkcə Şəmkir rayonunda deyil, digər regionlarda da hər ay ən azı bir dəfə görüş keçiriləcək. “Bu görüşlər əsasən mövsümü işlərin görüldüyü (noyabrın 1-dən aprelin 1-dək) dövrü əhatə edəcək. Sayğac tənzimləyicilərinin yeri isə sahibkarın öz istəyinə uyğun olaraq Birliyin hesabına dəyişdiriləcək. Borclu sahibkarların qazı mövsüm boyu açılacaq. Lakin borc mübahisələri daha sonra qarşılıqlı müzakirələr əsasında nəzərdən keçiriləcək”.

“Azəriqaz” istixana sahiblərinə güzəşt edəcək

R. Əliyev onu da əlavə edib ki, qazın satış qiyməti ilə bağlı məsələlər Birliyin səlahiyyət dairəsinə aid deyil, bu barədə qərarlar Tarif Şurası tərəfindən qəbul olunur. “Azəriqaz” İB abonentlərin keyfiyyətli və texnoloji rejimə uyğun təbii qazla təchizatını həyata keçirir.

“Azəriqaz” istixana sahiblərinə güzəşt edəcək




Bölməyə aid digər xəbərlər
Bu gün, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}