20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Təqaüdçülər üçün ictimai nəqliyyatdan istifadə və dərmanlar pulsuz olsun - Təklif
Tarix: 13-11-2019 16:47 | Bölmə: İqtisadiyyat
Təqaüdçülər üçün ictimai nəqliyyatdan istifadə və dərmanlar pulsuz olsun

“Mən başa düşürəm ki, bu bilavasitə sizin məşğul olacağınız məsələ deyil. Amma siz ictimai nəqliyyatın təaüdçülər üçün pulsuz olması haqda təşəbbüs irəli sürə bilərsiniz”.

Reyting.az
xəbər verir ki, bu fikirlərlə Milli Məclisdə çıxışı zamanı deputat Elmira Axundova Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət edib.

Xanım deputat əlavə edib ki, belə bir təcrübə Rusiya və Avropa ölkələrində tətbiq edilir: “Yəni orada təqaüdçülər bu imtiyazdan istifadə edirlər. Nəzərə alaq ki, yaşlı vətəndaşlarımızın təqaüddən başqa gəlir yeri yoxdur. Əgər onlar növbəti ildən nəqliyyatdan pulsuz istifadə etsələr, bu onlara əsl yeni il hədiyyəsi olardı”.

Təqaüdçülər üçün ictimai nəqliyyatdan istifadə və dərmanlar pulsuz olsun

Elmira Axundova təklif edib ki, yaşı 75-dən yuxarı olan ahıllara dərmanlar pulsuz verilsin: “Və ya onların təqaüdünə dərman pulu əlavə edilsin. Almaniyada ahıllara dərmanlar pulsuz verilir. İstərdim ki, belə təcrübə bizdə də tətbiq edilsin”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər