20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Dəyişiklik yeni mənzillərin bahalaşmasına səbəb olacaq
Tarix: 15-11-2019 14:12 | Bölmə: İqtisadiyyat
Dəyişiklik yeni mənzillərin bahalaşmasına səbəb olacaq

“Tikinti şirkətlərinə artıq sadələşdirilmiş vergi ilə işləmək imkanı verilməyəcək. Bu o deməkdir ki, əsasən də kiçik dövriyyə ilə işləyən, yəni xırda və orta ölçülü sahibkarlar istehlakçıdan daha çox vergi almalı olacaqlar”.

Reyting.az
xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadənin parlamentdə səsləndirdiyi açıqlamanı şərh edərkən bildirib. Xatırladaq ki, Komitə sədri gələn ildən tikinti şirkətlərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququn ləğv ediləcəyini açıqlayıb. (Ziyad Səmədzadənin açıqlamasının tam mətini bu linkdə: http://azpolitika.info/?p=569215)

R. Ağayev qeyd edib ki, indiyə qədər tikdikləri mənzillərin dəyərindən 4 faiz sadələşdirilmiş vergini son istehlakçıya yönəldirdilər, indi 18 faizini onlardan alacaqlar. Yəni burda itirən vətəndaş, istehlakçı olacaq. “Bu, xüsusilə də şəhər ətrafında, Xırdalan, Masazır, Binəqədi və s. kimi ərazilərdə fərdi evlər, yaxud 3-4 mərtəbəli binalar tikib əhaliyə satan sahibkarların satdığı mənzillərin qiymətinə öz təsirini göstərəcək. Onsuz da iri şirkətlər ƏDV ilə işləyirdi. Nəticə etibarı ilə xırdalar böyüklər qarşısında rəqabətdə əlverişsiz duruma düşəcəklər”, – deyə iqtisadçı vurğulayıb.(AzPolitika.info)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər