20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Metro işçilərinin maaşları artırılıb
Tarix: 26-11-2019 21:00 | Bölmə: İqtisadiyyat
Metro işçilərinin maaşları artırılıb

"Bakı Metropoliteni” QSC-də çalışan əməkdaşların əməkhaqları artırılıb.

Bununla bağlı Maliyyə nazirinin 15 noyabr 2019-cu il tarixli məktubuna əsaslanaraq, Əmək Məcəlləsinin 158-ci maddəsinin 1-ci bəndinə və “Bakı Mertopoliteni” QSC üzrə “2019-2021-ci illər üçün Kollektiv Müqavilə”nin 3.1-ci və 3.2.1-ci bəndlərinə müvafiq olaraq verilən əmrdə deyilir:

1. “Bakı Metropoliteni” QSC-də çalışan işçilərin aylıq (vəzifə) maaşları 1 noyabr 2019-cuil tarixindən 10 faiz həcmində artırılsın və Maliyyə Departamenti noyabr ayı üzrə əməkhaqlarının artımının hesablanmasını təmin etsin.

2. “Bakı Metropoliteni” QSC üzrə “Əməyin Ödənilməsi sistemi, tarif (vəzifə) maaşları, onlara əlavələrin tətbiq edilməsi qaydaları haqqında Əsasnamə”nin tərkib hissəsi olan əlavələrdə qeyd olunan tarif ( vəzifə) maaşları artım nəzərə alınmaqla təsdiq edilsin.

3. “Bakı Metropoliteni” QSC üzrə qəbul edilmiş “2019-2021-ci illər üçün Kollektiv Müqavilə”nin 3.2.16 bəndinə müvafiq olaraq xidmət illərinə görə işçilərin yeni mükafat ölçüləri ilə əvvəlki mükafat ölçülərinin məbləği arasında yaranmış əlavə məbləğlərə dair siyahı təsdiq edilsin.

4. Bakı Metropoliteni” QSC-nin 10 yanvar 2019-cu il tarixli 15 saylı əmrinə əsasən? yeni əməkhaqqı sisteminə keçidlə bağlı əməkhaqlarında azalma fərqi yaranan işçilərin yeni siyahısı 1 noyabr 2019-cu il tarixinə təsdiqlənsin.

5. “Bakı Metropoliteni” QSC üzrə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə ödənilən aylıq ödəncin miqdarı 10 faiz artırılsın.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-aın sorğusuna cavab olaraq, metropolitençilərin əməkhaqlarının artırıldığını təsdiqləyib/Modern.az.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər