Baş Nazir peşə standartlarının normativ bazası ilə bağlı qərar verəcək
Tarix: 27-11-2019 13:53 | Bölmə: İqtisadiyyat
Baş Nazir peşə standartlarının normativ bazası ilə bağlı qərar verəcək

Yaxın vaxtlarda Baş Nazir tərəfindən peşə standartlarının normativ bazası ilə bağlı layihənin təsdiq ediləcəyi gözlənilir".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdiri Elnur Süleymanov bildirib.

Onun sözlərinə görə, peşə standartlarının tətbiqi həddindən artıq vacibdir: "Peşə standartları insanın müəyyən bir sahə üzrə minimum bilik və bacarıqlarını özündə əks etdirir. Əminik ki, yeni standartların tətbiqi əmək məhsuldarlığının artmasına təsir edəcək. Yəni insanlar öz işlərini daha səmərəli görəcəklər, işəgötürənlər öz işçilərini daha yaxşı qiymətləndirəcəklər".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}