20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Əli Əsədov aqrar sığorta ilə bağlı qərar imzaladı
Tarix: 29-11-2019 10:29 | Bölmə: İqtisadiyyat
Əli Əsədov aqrar sığorta ilə bağlı qərar imzaladı

Nazirlər Kabineti aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinə dair qərarı təsdiq edib.

Reyting.az
xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsi kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu da daxil olmaqla) üzrə sığorta haqqının 50 faizi həcmində, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə sığorta haqqının 50 faizi həcmində və akvakultura məhsulu üzrə sığorta haqqının 50 faizi həcmində təsdiq edilib.

Bu qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər