20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Hüquqi şəxslərin əmanətləri 14,602 milyard manata çatıb
Tarix: 10-12-2019 09:08 | Bölmə: İqtisadiyyat
Hüquqi şəxslərin əmanətləri 14,602 milyard manata çatıb

2019-cu ilin oktyabr ayında Azərbaycanda əmanətlərin ümumi həcmi 23,413 milyard manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz çoxdur.

Reyting.az
-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir ki, qeyri-maliyyə təşkilatlarının əmanətlərinin həcmi 2018-ci ilin oktyabr ayı ilə müqayisədə (11,8 milyard manat) 4 faiz artaraq 12,898 milyard manat təşkil edib. Bu ilin sentyabr ayında hüquqi şəxslərin əmanətlərinin ümumi həcmi 14,602 milyard manata çatıb.

Fiziki şəxslərin əmanətləri isə beş faiz artaraq 8,81 milyard manat təşkil edib.

2019-cu ilin oktyabr ayının nəticələrinə görə, xarici valyutadakı əmanətlər ötən ilin müvafiq dövrü ilə nisbətən 1,3 faiz artaraq 14,84 milyard manat təşkil edib.

Milli valyutadakı əmanətlər də ciddi şəkildə artıb. Bu da ötən ilin oktyabr ayına nisbətən 16,6 faiz artaraq 8,576 milyard manata çatıb.(Trend)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər