20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Şübhəli kreditlərin verilməsinə nəzarət gücləndiriləcək - Qərar
Tarix: 16-01-2020 19:36 | Bölmə: İqtisadiyyat
Şübhəli kreditlərin verilməsinə nəzarət gücləndiriləcək

Azərbaycanda şübhəli kreditlərin verilməsinə nəzarət gücləndiriləcək.

Bu, Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən "2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nında əksini tapıb.

Tədbirlər Planına əsasən, Mərkəzi Bank 2020-ci ilin iyul ayınadək bank sektorunda, o cümlədən şübhəli kreditlərin verilməsinə nəzarətin gücləndirilməsi üzrə müvafiq tədbirlər görməlidir.

Eyni zamanda Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyinə 2020-ci ilin sonunadək bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər