Rusiya Səudiyyəyə meydan oxudu - Neft savaşı qızışır
Tarix: 09-03-2020 18:50 | Bölmə: İqtisadiyyat
Rusiya Səudiyyəyə meydan oxudu - Neft savaşı qızışır

Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft müharibəsi gərginliyi artmaqda davam edir.

Səudiyyə Ərəbistanının neft hasilatını artıraraq qiymətləri endirmək cəhdi Rusiya iqtisadiyyatına zərbə vurub.

Rusiyanın “Rosneft” şirkəti də Ər-Riyada eyni şəkildə cavab verir və apreldə neft hasilatını artırmağı planlaşdırır:

“Şirkət hər cür ssenariyə hazırdır. “Rosneft” neft hasilatını həftədə gündəlik təxminən 300 min barrel artıra bilər”, - şirkətdə çalışan mənbə bildirib.

Qeyd edək ki, Rusiya Maliyyə Nazirliyi neftin qiymətinin 25-30 dollar arasında dəyişməsinə 6-10 il dözə biləcəklərini açıqlayıb. /Axar.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}