Dünyanın ən zəngin 500 insanı bir gündə 238,5 milyard dollar zərərə düşüb
Tarix: 10-03-2020 11:48 | Bölmə: İqtisadiyyat
Dünyanın ən zəngin 500 insanı bir gündə 238,5 milyard dollar zərərə düşüb

Beynəlxalq birjalarda neftin qiymətinin kəskin ucuzlaşması ilə dünyanın ən zəngin 500 insanı bir gündə 238,5 milyard ABŞ dolları itirib.

Məlumata görə, 2020-ci il ərzində analoji biznesmenlərin ümumi itkisi 500 milyard ABŞ dollarına çatıb.

Məlumata görə, meksikalı iş adamı Karlos Slim bir gündə 6,01 milyard ABŞ dolları, dünyanın ən zəngin insanı “Amazon”un icraçı direktoru Jeff Bezos 5,6 milyard ABŞ dolları, lüks mallar nəhəngi “LVMH” İdarə Heyətinin sədri (CEO) Bernard Arnault isə 4,36 milyard ABŞ dolları zərərə düşüb.

Qeyd edək ki, dünən Avropa birjalarında 6-12% həddində, ABŞ birjaları isə 7% həddində azalma qeydə alınıb. Bundan başqa, hesabat dövründə 500 ən zəngin insandan yalnız 17-si gəlirini artırıb/Report.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}